Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı yeni teatr mövsümünün açılışını 27 sentyabr 19:00-da keçirməyi planlaşdırır

Tədbirlər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı yeni teatr mövsümünün açılışını 27 sentyabr 19:00-da keçirməyi planlaşdırır. Açılış R.Behbudov adına Mahnı Teatrında keçiriləcək.
Torpaqlarımızın azadlığı uğrunda öz canından, qanından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə ithaf olunmuş “Cənnətə bilet” tamaşasının müəllif və rejissoru İlhamə Əhmədovadır.
II Qarabağ müharibəsində baş vermiş hadisələrdən qaynaqlanıb.
Ailəsinin qürurla döyüşə yola saldığı qəhrəmanımız üçün keçirdikləri narahatlıq tamaşada öz əksini tapıb. Şəhid qəhrəmanın 2 övladı öz babalarından atalarının cənnətdə olduğunu eşidirlər. Amma uşaq təfəkkürləri ilə “bilet alaraq cənnətə gedib” ataları ilə görüşməyin mümkünlüyünü düşünürlər. Bunun üçün atalarının yanına getməyə bilet almaq üçün pul yığırlar.
Bir ailənin timsalında hər birimizin qələbə üçün keçirdiyimiz sevinc, müharibədəki şəhid olan oğulllarımızçün keçirdiyimiz qürur dolu kədər öz əksini tapıb.
Tamaşada həyat reallıqlarından, dövlət başçısının həmin günlərdə televiziya vasitəsi ilə xalqa müraciətlərindən və qələbə müjdəli çıxışlarından istifadə olunmuşdur.
Rəssam Sevda Məmmədova, musiqi tərtibatı Rauf Huseynli, rollarda baba – Mehman Piriyev, nənə – Flora Hüseynova, şəhid – Röyal Allahverdiyev ( II Qarabağ müharibəsi iştirakçısı), gəlin – Türkan Şahmarlı, uşaqlar – Toğrul İsabəyli və Əli Babayev.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir