Məktəblərdə kitabxanaçı vəzifəsinə müsahibə mərhələsi başlayır

Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.

Modern.az xəbər verir ki, müsahibə mərhələsi 25 avqust 2025-ci il tarixindən başlayacaq.

Qeyd edilən vəzifələr üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış namizədlərə müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.

Müsahibənin nəticələri barədə namizədlərə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir