
ABŞ prezidenti Donald Tramp deyib ki, Vaşinqton Administrasiyası İranda rəhbərliyin tamamilə dəyişməsini istəyir.
Modern.az-ın məlumatına görə, Ağ Evin rəhbəru NBC-yə telefon müsahibəsində İran rəhbərliyinə namizədlərin olduğunu açıqlayıb.
“Biz İrana gedib hər şeyi təmizləmək istəyirik”, – Tram vurğulayıb.
Prezident daha sonra əlavə edib: “Bizə 10 il ərzində hər şeyi düzəldəcək birinə ehtiyac yoxdur. Bizə yaxşı bir lider lazımdır”.
Amerika lideri konkret şəxslərin adını çəkməkdən imtina edib, lakin ABŞ-ın potensial varislərə baxdığını bildirib.
“Düşünürəm ki, yaxşı iş görəcək bir neçə nəfərimiz var. Biz onları nəzərdən keçiririk”, -ABŞ prezidenti bildirib
Trampın sözlərinə görə, əsas məqsədlərdən biri İrana rəhbərlik etmək üçün “ağlabatan bir şəxs” təyin etməkdir.

