Ceyhun Bayramovla Seyid Abbas Əraqçi ABŞ ilə əldə olunan atəşkəs razılaşması barədə fikir mübadiləsi aparıblar

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas
Əraqçi arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı tərəflər regionda mövcud təhlükəsizlik
vəziyyəti və əldə olunmuş atəşkəs barədə fikir mübadiləsi
aparıblar.

Nazir Ceyhun Bayramov elan olunmuş atəşkəsi alqışlayıb.
Atəşkəsin təmin olunmasının gərginliyin azaldılması, danışıqların
uğurla nəticələnməsi və sabitliyin bərqərar olunması baxımından
əhəmiyyəti vurğulanıb.

Atəşkəsin əldə olunmasında vasitəçi ölkələrin, xüsusilə də dost
və qardaş Pakistanın rolu təqdir olunub.

Nazir Ceyhun Bayramov atəşkəs rejiminə riayət olunmasının
vacibliyini qeyd edərək, vəziyyətin diplomatik yollarla həllinin
önəmini diqqətə çatdırıb, İslamabadda aparılacaq danışıqların
nəticəyönümlü və məhsuldar olacağına ümidvar olduğunu bildirib.

Azərbaycanın hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin
və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri
dəstəkləməyə hazır olduğu Nazir Ceyhun Bayramov tərəfindən
vurğulanıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri
müzakirə ediblər.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir