
Bakı. Trend:
“Mançester Siti”nin qapıçısı Ceyms Trafford Premyer Liqada
klubunu dəyişə bilər.
Trend xəbər verir ki, “Tottenhem” ingiltərəli qolkiperi transfer etmək istəyir. Bu barədə “The Sun” nəşri məlumat yayıb.
London klubu Traffordu yayda “İnter”ə keçəcəyi gözlənilən
Qulyelmo Vikariyonun davamçısı kimi düşünür. Eyni zamanda, “Nyukasl” və “Aston Villa” da 23 yaşlı futbolçu ilə maraqlanır.
Qeyd edək ki, “Mançester Siti” Ceyms Traffordu mövsümün
əvvəlində “Börnli”dən 31 milyon avroya transfer edib. İngiltərə
millisinin üzvü bu mövsüm “şəhərlilər”in heyətində 14 oyunda
meydana çıxıb və qapısındda 10 qol görüb.

