Bakıda daha 3 yol sahəsində təmir işlərinə başlanılır

Baş səhifə

Bakı. Trend:

Bakıda daha üç yol sahəsində aparılacaq təmir işləri ilə
əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə mərhələli şəkildə
məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)
məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlər Suraxanı rayonunda 14 İyul
küçəsində, Yasamal rayonunda Şıxəli Qurbanov küçəsinin Füzuli
küçəsindən Salatın Əsgərova küçəsinədək olan hissəsində, həmçinin
Səbail rayonunda Həsən Abdullayev küçəsinin Rostropoviç küçəsindən
Yusif bəy İbrahimli küçəsinədək olan hissəsində qüvvədə olacaq.




Məlumata görə, qeyd olunan küçələrdə hərəkət 6 avqust saat
08:00-dan 7 avqust saat 22:00-dək qismən, 7 avqust saat 23:00-dan
10 avqust saat 07:00-dək isə tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan təmir işlərinə anlayışla yanaşmaları,
göstərilən müddətdə alternativ yollardan istifadə etmələri və
müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş
olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir