Estoniyanın yeni prezidenti seçilib

Baş səhifə

Bakı.Trend:

Estoniya Riiqikoqunun (parlamentinin) deputatları gizli səsvermə
yolu ilə hüquq kansleri Ülle Madizeni beş il müddətinə Baltikyanı
respublikanın yeni prezidenti seçiblər.

Səsvermənin gedişatı parlamentin mətbuat xidməti tərəfindən
yayımlanıb.




Madizenin seçilməsinin lehinə 71 deputat səs verib, yeddi
qanunverici isə onun namizədliyini dəstəkləməyib.

Qeyd edək ki, Estoniyada prezident ümumxalq səsverməsi ilə
deyil, parlament tərəfindən seçilir. Namizədin prezident seçilməsi
üçün Riiqikoqunun 101 deputatından ən azı 68-nin səsini qazanması
tələb olunur. Bu baş verməzsə, növbəti mərhələdə parlament və yerli
özünüidarəetmə nümayəndələrindən ibarət xüsusi seçki kollegiyası
prezidenti seçir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir