Yəmən HHQ Sənada husilərin iki raket qurğusunu məhv edib

Baş səhifə

Yəmən Hərbi Hava Qüvvələri paytaxt Sənada “Ənsar Allah” hərəkatının husilərinin mövqelərinə zərbələr endirərək ballistik raketlərin buraxılması üçün nəzərdə tutulan iki qurğunu məhv edib.

“Al Arabiya” telekanalının mənbələrə istinadən məlumatına görə, Nukum dağı ərazisinə endirilən aviazərbə nəticəsində raket sistemləri üzrə mütəxəssis Rabiya Cəlal Əbu Turab da öldürülüb.

Bildirilib ki, hücum hökumət qüvvələrinin husilərin silah anbarlarının və raket potensialının məhv edilməsinə yönəlmiş genişmiqyaslı kampaniyasının bir hissəsidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir