
Bakı. Trend:
Gürcüstanda NATO-nun “Agile Spirit 2025” çoxmillətli təlimləri
start götürüb.
Trend ölkənin yerli
KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə
Nazirliyi məlumat yayıb.
Məlumata görə, açılış mərasimi Krtsanisi hərbi bazasında
keçirilib. Təlimlərin məqsədi iştirakçı ölkələrin silahlı
qüvvələrinin hazırlıq səviyyəsini, əməliyyat uyğunluğunu və
imkanlarını artırmaqdır.
Təlimlər üçün Gürcüstana ABŞ-nin döyüş maşınları və hərbi
helikopterlərin yerləşdirildiyi bildirilir.
Manevrlərə Gürcüstanın Qərb Müdafiə Qüvvələrinin komandanı Koba
Qriqoliya və ABŞ-nin Corciya ştatının Milli Qvardiyasının
nümayəndəsi Uilyam Koks rəhbərlik edir.