
Bakı. Trend:
Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsi
imkanlarını nəzərdən keçirməyə davam edir.
Trend xəbər verir
ki, bunu Azərbaycanın Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev
Bakıda keçirilən “Qoşulmama hərəkatının Gənclər Həftəsi” adlı
tədbirdə çıxışında deyib.
“Afrikanın iqtisadi potensialı son dərəcə yüksəkdir və
Azərbaycan əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırmağa
davam edir və eyni zamanda uzunmüddətli əlaqələrin institusional
əsaslarını qurmaq üçün qitədə öz diplomatik şəbəkəsini
möhkəmləndirir”, -deyə o bildirib.
Rəfiyev qeyd edib ki, Afrika Azərbaycanın xüsusi diqqət ayırdığı
qitədir.
“Bu dinamik inkişaf edən qitədir, onun ölkələri isə bizə yaxın
dəyərləri bölüşür. Bütün Afrika qitəsi Qoşulmama hərəkatında təmsil
olunur”, -deyə o vurğulayıb.

