İran nüvə proqramından imtina etməyəcək – XİN

Baş səhifə

Bakı. Trend:

Kimin tələb etməsindən asılı olmayaraq, İranın nüvə proqramından
imtina etmək niyyəti yoxdur.

Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri
Abbas Araqçi “X” sosial şəbəkəsində yazıb.




“Ağlı başında heç kim öz həyatımızı xilas edən dinc
texnologiyamıza böyük sərmayələrin faydalarından imtina etməz –
xüsusən ona görə ki, təxribatçı əcnəbilər bunu tələb edirlər”, –
deyə o bildirib.

Nazir İsrail və ABŞ son zərbələri nəticəsində İranın nüvə
obyektlərinə ciddi ziyan dəydiyini təsdiqləyib, lakin onun
sözlərinə görə, bu, iranlıların dinc nüvə proqramı üzərində işi
davam etdirmək əzminə təsir etməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir