Amerikalı agentlər qəzada həyatlarını itirdi

Baş səhifə

Meksikanın şimalında həyata keçirilən genişmiqyaslı narkotik əməliyyatından qayıdan təhlükəsizlik əməkdaşları avtomobil qəzasına uğrayıb.

Modern.az xəbər verir ki, hadisə nəticəsində Mərkəzi Kəşfiyyat İdarəsinin iki əməkdaşı da daxil olmaqla, ümumilikdə dörd agent həyatını itirib.

Məlumata görə, insident Çihuahua ştatının şimalında yerləşən Morelos şəhəri yaxınlığında qeydə alınıb. Ştat prokuroru Sezar Xaurequi bildirib ki, faciə üç ay davam edən araşdırmadan sonra keçirilmiş xüsusi əməliyyatın ardınca baş verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir