Kamçatkada bir saat ərzində 10 zəlzələ qeydə alınıb (ƏLAVƏ OLUNUB)

Baş səhifə

Bakı. Trend:

Kamçatka sahillərində cəmi bir saat ərzində 10 yeraltı təkan baş
verib.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Kamçatka filialı “Telegram” kanalında məlumat
yayıb.

Seysmoloqlar bildiriblər ki, zəlzələlərin maqnitudası 4,2 ilə
5,6 bal arasında dəyişib. Yeraltı təkanların hiss olunub-olunmaması
ilə bağlı isə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Kamçatka bölgəsi seysmik aktiv zonalardan biri
hesab olunur və burada zaman-zaman güclü zəlzələlər qeydə alınır.
Hazırda vəziyyət müşahidə altında saxlanılır.

XXX

22:39




Rusiyanın Kamçatka diyarında cəmi 10 dəqiqə ərzində beş zəlzələ
qeydə alınıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Kamçatka filialı “Telegram” kanalında məlumat
yayıb.

Bildirilib ki, baş verən yeraltı təkanların maqnitudası müvafiq
olaraq 5, 4.8, 4.8, 5.3 və 6 bal təşkil edib.

Hazırda bu zəlzələlərin insanların hiss etməsi barədə heç bir
məlumat daxil olmayıb.

Qeyd edək ki, yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 03:24)
Sakit okeanda, Kamçatka sahilləri yaxınlığında 8.8 bal gücündə daha
güclü bir zəlzələ də baş verib.