
Bakı. Trend:
Qubanın bir sıra ərazi vahidlərinin adları dəyişdirilib.
Trend xəbər
verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu
təsdiqləyib.
Qanuna əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsi
tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılıb və
Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi
dairəsi hesab edilir.
Bundan başqa Alekseyevka kənd inzibati ərazi dairəsi
tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi
Bəhrəli kəndi adlandırılıb və Alekseyevka kənd inzibati ərazi
dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab edilir.

