
Bakı.Trend:
Qaradağ rayonunun Lökbatan qəsəbəsində suyun verilişində
müvəqqəti fasilə yaranacaq.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Su Ehtiyatları Agentliyindən (ADSEA)
məlumat verilib.
Bildirilib ki, yeni çəkilən su xəttinin mövcud şəbəkəyə
birləşdirilməsi işləri ilə əlaqədar olaraq 2 iyun gecə saatlarından
4 iyun günorta saatlarınadək qəsəbəyə içməli suyun verilməsi
dayandırılacaq.
Qeyd olunub ki, işlər başa çatdıqdan sonra su təchizatı
mərhələli şəkildə bərpa ediləcək.
ADSEA yaranan müvəqqəti narahatlıqla əlaqədar abonentlərdən
anlayış göstərmələrini xahiş edib və buna görə təşəkkürünü
bildirib.

