
Bakı. Trend:
Rusiyanın Kamçatka bölgəsində 5,5 bal gücündə zəlzələ baş
verib.
Bu barədə Trend
Rusiyanın Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal
Təqiqat Mərkəzinin Kamçatka filialının mətbuat xidmətinə istinadən
xəbər verir.
Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 89
kilometr aralıda qeydə alınıb.
Zəlzələnin yeraltı ocağı 26,2 kilometr dərinlikdə olub.
Qeyd edilir ki,son günlər Kamçatda bölgəsində yüksək seysmik
aktivlik müşahidə olunmaqdadır. İyulun 30-da Kamçatkada 8,7 bal
gücündə zəlzələ ardınca 30-a yaxın afterşok və sunami baş
verib.

