“Həzi Aslanov” stansiyasının dalanında yenidənqurma işlərinin daha bir mərhələsi yekunlaşıb

Baş səhifə

Bakı.Trend:

“Həzi Aslanov” stansiyasının dalanında yenidənqurma işlərinin
daha bir mərhələsi yekunlaşıb.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumat
verilib.

Bildirilib ki, dalan yolları, qatarların çevik idarə olunmasını,
qısa intervallarla hərəkətini və texniki xidmətini təmin edən
çoxfunksiyalı infrastruktur sahəsidir. Əvvəlki mərhələlərdə bu
yollarda söküntü və işlərə hazırlıq məqsədilə müvəqqəti metal
konstruksiyalar quraşdırılıb.

280 metrə yaxın sahədə əsaslı təmir işləri 3 hissədən ibarət
olaraq təşkil edilib və 210 metrə yaxın hissədə təmir
yekunlaşdırılıb.

Görülən işlər çərçivəsində yan divarlar və döşəmədə bütün ərazi
boyunca məhlulvurma yekunlaşdırılıb, xüsusi boya maddələrinin
vurulmasına hazırlıq tədbirləri görülür. Tavan hissədə isə
izolyasiya işləri aparılmaqla məhlulvurma əsasən yekunlaşıb. Plana
uyğun olaraq, örtük tavasının daha da gücləndirilməsi məqsədilə
karbon lifli müasir inşaat materialı ilə izolyasiya aparılacaq.




Orta yolların arakəsmə divarlarından təmirin ilk iki mərhələsinə
düşən hissəsi yenidən inşa olunub. Sonuncu hissədə isə söküntü və
inşaat işləri aparılır.

Qeyd edilənlərlə yanaşı, infrastrukturun qurulmasına da
başlanılıb. Hazırda paralel olaraq drenaj xətləri çəkilir. Yol
infrastrukturu və divarlar boyunca kommunikasiya xətlərinin
quraşdırılmasına aprel ayından başlanılacaq.

Burada dalan yolları və yoldəyişdirici qurğular müasir
dəmir-beton özüllər üzərində yenidən qurulacaq, elektrik təchizatı,
rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi və digər
mühüm sistemlər tam müasirləşdiriləcək.

Qurumdan əlavə edilib ki, işlərin cari ilin sonuna qədər
yekunlaşdırılması planlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir