Türkiyədə İŞİD-ə qarşı irimiqyaslı əməliyyat keçirilib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin 14 vilayətində İŞİD terrorçu qruplaşmasına qarşı
irimiqyaslı əməliyyat keçirilib.

Trend xəbər verir
ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz “X”
səhifəsində məlumat paylaşıb.

Məlumata əsasən, əməliyyatın gedişində ümumilikdə 26 nəfər həbs
olunub.




Yerlikaya bildirib ki, bəzi şübhəlilərin İŞİD qruplaşmasına üzv
olduğu, qruplaşmanın təbliğatını apardığı və xeyriyyə yardımı adı
altında terrorçu qruplaşmaya maliyyə dəstəyi göstərdiyi təsbit
edilib.

Əməliyyatın gedişində terror fəaliyyəti ilə əlaqəli çox sayda
rəqəmsal materialın ələ keçirildiyi bildirilir.