BMT-nin baş katibi İsrail və Livan arasında atəşkəsə əməl olunmasına çağırıb

Baş səhifə

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş Livan və İsrail arasında
atəşkəs rejiminin yaradılmasını alqışlayır və bütün tərəfləri onun
bütün müddəalarına hörmətlə yanaşmağa çağırır.

Trend-in
məlumatına görə, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi
nümayəndəsi Stefan Düjarrik deyib.




“Baş katib İsrail və Livan arasında 10 günlük atəşkəs elanını
alqışlayır və atəşkəsin asanlaşdırılmasında Birləşmiş Millətlər
Təşkilatının rolunu yüksək qiymətləndirir. Baş katib ümid edir ki,
bu atəşkəs danışıqlara və münaqişənin uzunmüddətli həllinə yönəlmiş
BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam şəkildə
həyata keçirilməsinə yol açacaq. Bütün tərəfləri atəşkəsə tam
hörmət etməyə və beynəlxalq humanitar hüquq da daxil olmaqla,
beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə əməl etməyə çağırır”, –
deyə bildirilib.

Dünya təşkilatının rəhbəri həmçinin ümid etdiyini bildirib ki,
bu razılaşma Yaxın Şərq regionunda “uzunmüddətli və hərtərəfli
sülhə” nail olmağa töhfə verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir