
Bakı. Trend:
ChatGPT çatbot istifadəçilərə süni intellektlə çox uzun müddət
ünsiyyət qurduqları təqdirdə, onlara fasilə verməyi xatırlatmağa
başlayacaq.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, xəfif göstərişlər çatlarda ekranda görünən
pəncərələr kimi görünəcək. İstifadəçilər süni intellektlə söhbətə
davam etmək üçün onların üzərinə klik etməli olacaqlar. Yeni
funksiya ChatGPT ilə istifadəçilər arasında “daha sağlam” münasibət
yaratmaq məqsədi daşıyır. Çatbotun faktiki olaraq yanlış və ya
təhlükəli cavablar yaratdığı hallar məlumdur. Bu, insanların
sağlamlığını və psixi rifahını risk altında qoyub.
Tərtibatçı şirkət bu çatışmazlıqları etiraf edib və
istifadəçilərin sorğularına daha diqqətli cavab verməsi üçün
ChatGPT-ni yeniləməyi vəd edib. Birbaşa cavab əvəzinə, proqram
həmsöhbətə problem haqqında düşünməyə, suallar verməyə, bu və ya
digər vəziyyətin müsbət və mənfi cəhətlərini müəyyənləşdirməyə
kömək edəcək.