Ukrayna bu MDB sazişindən çıxdı

Baş səhifə

Bakı. Trend:

Ukrayna hakimiyyəti “Müstəqil Dövlətlər Birliyinə üzv
dövlətlərin fövqəladə hallar zamanı üçüncü ölkələrdən
vətəndaşlarının təxliyəsi zamanı onların qarşılıqlı fəaliyyəti
haqqında” sazişindən çıxmaq haqqında qanun layihəsini
təsdiqləyib.

Trend-in
məlumatına görə, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali
Radadakı nümayəndəsi Taras Melniçuk “Telegram” kanalında yazıb.




Qeyd edək ki, MDB üzvü olan ölkələr bu sazişi 1996-cı ilin
aprelində imzalayıblar. Müqavilə fövqəladə hallar zamanı öz
vətəndaşlarının üçüncü ölkələrdən təxliyəsi ilə bağlı birgə
fəaliyyət prosedurunu müəyyən edir – sənəd dövlətlərin insanların
təhlükəsiz yerdəyişməsi üçün informasiya mübadiləsini, qarşılıqlı
yardımı, nəqliyyat və resurslardan necə istifadə edəcəyini müəyyən
edir.