Şəhid general Polad Həşimov haqqında kitab nəşr olunacaq

Gündəm

General-mayor Polad Həşimov haqqında kitab nəşr olunacaq. 
Bu barədə APA-ya “Hədəf Nəşrləri”nin direktoru Səbuhi Şahmursoy məlumat verib. 
Onun sözlərinə görə, kitab “Xatirə ədəbiyyatı” silsiləsindən nəşr olunacaq: “Polad Həşimov haqqında xatirələrdən ibarət bir kitab nəşr etmək istəyirik. Amma əlimizdə yetərincə yazı yoxdur. Odur ki, mərhum generalımızı şəxsən tanıyanlardan, dostlarından, qohumlarından və ailə üzvlərindən xatirə yazıları gözləyirik. Ümid edirik ki, tezliklə bu cəsur hərbçimiz haqqında maraqlı və sanballı yazılar toplanacaq və biz “General Polad Həşimov haqqında xatirələr” kitabını ictimaiyyətə təqdim edə biləcəyik”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir