Makron Rusiya və ABŞ liderlərinin danışıqlarından sonra Zelenski ilə görüşmək niyyətindədir

Baş səhifə

Fransa Prezidenti Emmanuel Makron Alyaskada Rusiya və ABŞ liderləri arasında aparılacaq danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “TF1” telekanalı Yelisey sarayına istinadən məlumat yayıb.

Fransa liderinin administrasiyasında qeyd ediblər ki, görüş Alyaskadakı danışıqlardan sonra və tərəflərin qrafiki nəzərə alınmaqla baş tutacaq.

Xatırladaq ki, bu gün Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir