Azərbaycanda dövlət və icmal büdcələrin 2025-ci ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb

Baş səhifə

2025-ci ilin sonuna Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin 39 milyard 192 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 836 milyon manat və yaxud 2,2 % çoxdur.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı, beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.

Sənədə əsasən, büdcə gəlirlərinin 49,1 %-i və yaxud 19 milyard 243 milyon manatı neft-qaz sektorunun, 50,9 %-i və yaxud 19 milyard 949 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 470 milyon manat və yaxud 2,5 %, qeyri-neft-qaz sektoru üzrə isə 366 milyon manat və yaxud 1,9 % artması gözlənilir.

Dövlət büdcəsi gözlənilən gəlirlərinin 16 milyard 320,0 milyon manatı və yaxud 41,6 %-i vergilər və rüsumlar üzrə daxilolmaların, 6 milyard 600 milyon manatı və yaxud 16,8 %-i gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 14 milyard 481 milyon manatı və yaxud 36,9 %-i Dövlət Neft Fondundan transfertin, 680 milyon manatı və ya 1,7 %-i büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 1 milyard 111 milyon manatı və yaxud 2,8 %-i sair gəlirlərin payına düşür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir