
Gəncə stadionunda son tamamlama işləri icra edilir.
Bunu “Report”un Qərb bürosuna açıqlamasında Gənclər və İdman Nazirliyinin Maddi-texniki təchizat şöbəsinin müdiri Elmir Mehdiyev deyib.
“2024-cü ilin aprel ayında təməli qoyulan stadion bugün müasir və modern üslubda qısa müddət ərzində tikilərək başa çatmaq üzrədir. Hal-hazırda stdionda və ərazisində son tamamlama işləri icra olunur. Stadionun ərazisi əvvəllər 8.7 hektar olsada yenidən qurma işləri çərçivəsində 12 hektardan artıq olub. Buda tamaşaçı və oyunçuların stadiona təhlükəsiz daxil olması və çıxışına şərait yaradacaq.
Həmçinin stadionunda qida alma və balet satışı məntəqələri də olacaq. Bu stadion UEFA 4-cü kateqoriyaya uyğun inşa edilib və Azərbaycanda ən müasir stadionunlarından biridir”., – o qeyd edib.
MƏLUMAT YENİLƏNİR