Bu ilin I yarısında Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % az – 842 min 466 nəfər təşkil edib.
“Report”un əldə etdiyi məlumata görə, bunun 88 min 900 nəfəri 17 yaşa qədər olub. Bu, 1 il əvvələ nisbətən 8,6 % azdır.
Hesabat dövründə 17–25 yaşlı turistlərin sayı 31,5 % artaraq 112 min 501 nəfər, 26-35 yaşlı turistlərin sayı 10 % artaraq 167 min 361 nəfər, 36-45 yaşlı turistlərin sayı 15,5 % azalaraq 210 min 538 nəfər, 46-55 yaşlı turistlərin sayı 7,2 % azalaraq 163 min 910 nəfər, 56-65 yaşlı turistlərin sayı 6,1 % artaraq 52 min 874 nəfər, 66 və ondan yuxarı yaşlı turistlərin sayı isə 18,9 % artaraq 46 min 382 nəfər təşkil edib.
Görünən odur ki, ölkəyə ortayaşlı turistlərin axını azalıb, gənc və ahıl yaşlı turistlərin axını isə artıb.
Yanvar-iyun aylarında ölkəyə turizm məqsədli səfərlər daha çox Rusiyadan reallaşıb. 6 ay ərzində Azərbaycan şimal qonşusundan 240 min 746 nəfər turist qəbul edib ki, bu da illik müqayisədə 18,7 % azdır. O cümlədən, Rusiyadan gələn 17 yaşa qədər turistlərin sayı 23 % azalaraq 33 min 222 nəfər, 17-25 yaşlı turistlərin sayı 5,1 % artaraq 32 min 740 nəfər, 26-35 yaşlı turistlərin sayı 7,8 % artaraq 55 min 724 nəfər, 36-45 yaşlı turistlərin sayı 46,8 % azalaraq 47 min 372 nəfər, 46-55 yaşlı turistlərin sayı 23,6 % azalaraq 43 min 564 nəfər, 56-65 yaşlı turistlərin sayı 41,2 % artaraq 16 min 612 nəfər, 66 və ondan yuxarı yaxşlı turistlərin sayı isə 7,1 % azalaraq 11 min 512 nəfər olub.
I yarımildə ölkəyə turizm məqsədli səfərlərin sayına görə ikinci yerdə Hindistan qərarlaşıb. Hesabat dövründə bu ölkədən Azərbaycana 105 min 647 nəfər turist gəlib. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,9 % azdır. O cümlədən, Hindistandan gələn 17 yaşa qədər turistlərin sayı 4,2 % azalaraq 14 min 747 nəfər, 17-25 yaşlı turistlərin sayı 9,6 % artaraq 13 min 814 nəfər, 26-35 yaşlı turistlərin sayı 10,7 % azalaraq 19 min 106 nəfər, 36-45 yaşlı turistlərin sayı 13,7 % azalaraq 21 min 999 nəfər, 46-55 yaşlı turistlərin sayı 13,6 % azalaraq 22 min 848 nəfər, 56-65 yaşlı turistlərin sayı 29,7 % azalaraq 7 min 589 nəfər, 66 və ondan yuxarı yaşlı turistlərin sayı isə 7,2 % artaraq 5 min 544 nəfər təşkil edib.

Yanvar-iyun aylarında ölkəyə turizm məqsədli səfərlərin sayına görə üçüncü yerdə Türkiyə qərarlaşıb. 6 ay ərzində bu ölkədən Azərbaycana 101 min 863 nəfər turist gəlib. Bu, illik müqayisədə 32,1 % çoxdur. Türkiyədən gələn 17 yaşa qədər turistlərin sayı 45 % artaraq 6 min 221 nəfər, 17-25 yaşlı turistlərin sayı 2,5 dəfə artaraq 14 min 525 nəfər, 26-35 yaşlı turistlərin sayı 39,6 % artaraq 21 min 674 nəfər, 36-45 yaşlı turistlərin sayı 2,6 % azalaraq 28 min 694 nəfər, 46-55 yaşlı turistlərin sayı 28,1 % artaraq 19 min 815 nəfər, 56-65 yaşlıl turistlərin sayı 68,7 % artaraq 7 min 117 nəfər, 66 və yuxarı yaşlı turistlərin sayı isə 61,8 % artaraq 3 min 817 nəfər olub.
Göründüyü kimi, Rusiyadan Azərbaycana turizm məqsədli axın azalsa da, 17-35 və 56–65 yaşlı turistlərin sayı artıb. Hindistan istiqamətində də azalma var, amma bu ölkədən gələn 17-25 yaşlı, eləcə də 66 və ondan yuxarı yaşlı turistlərin sayı artıb. Türkiyə isə fərqli mənzərə ortaya qoyaraq demək olar ki, bütün yaş qruplarında, xüsusilə gənclərdə ciddi artım nümayiş etdirib.
Bu rəqəmlər göstərir ki, Azərbaycanın turizm siyasətində həm gənclər üçün uyğun tədbirlərə, həm də yaşlı turistlər üçün sağlamlıq və istirahət xidmətlərinə daha çox diqqət ayrılmalıdır.