“Sədərək”də baş verən yanğında xəsarət alanların sayı 12 nəfərə çatdı – TƏBİB

Baş səhifə

Bakı. Trend:

Avqustun 24-ü saat 11:50 radələrində Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım
Mərkəzinə Qaradağ rayonu, “Sədərək” ticarət mərkəzi ərazisində
yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.

TƏBİB-dən Trend-in
sorğusuna cavab olaraq bildirilib ki, çağırış əsasında 3 təcili
tibbi yardım briqadası ünvana cəlb olunub.

Təcili tibbi yardım briqadasına ümumilikdə, 12 nəfərin (kişi
cinsli) müraciəti qeydə alınıb.




Onlardan 3 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi
Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç
şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi
xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər
ambulator müalicə üçün evə buraxılıblar.

Digər 9 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası
tərəfindən yerində tibbi yardım göstərilib.