Tripolinin qərbində baş verən silahlı qarşıdurmalarda azı 12 nəfər ölüb

Baş səhifə

Liviya paytaxtının qərbində baş verən silahlı toqquşmalarda azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Tripolinin kənarında toqquşmalar naməlum silahlı qruplaşmanın Liviya Milli Razılıq Hökumətinə sadiq olan 55-ci briqadanın komandiri Muammar əd-Daviyə qarşı sui-qəsd cəhdindən sonra başlayıb.

Qeyd olunub ki, hadisə nəticəsində Muammar əd-Davi xəsarət almayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir