
Bakı. Trend:
Avropanın statistika və proqnoz qurumu olan Avrostat (Eurostat)
2100-cü ilə qədər Avropa İttifaqı ölkələrində ümumi əhali sayının
11,7 faiz vəya 53 milyon nəfərə qədər azalacağını
proqnozlaşdırır.
Trend xəbər verir
ki, bu barədə Avrostatın rəsmi pres-relizində deyilir.
Proqnozda qeyd olunur ki, Avropa ölkələri əhali sayı baxımından
öz pikini yaxın 3 il ərzində yaşayacaq, belə ki, əhali sayı 453,3
milyona çatacaq. 2100-cü ilə qədər isə sayın 398,8 milyon nəfərə
qədər azalacağı gözlənilir.
Belə ssenaridə əhalinin azalmasına təsir edən əsas amil kimi,
əhalinin qocalma tendensiyası göstərilir.
Proqnoza görə, 2100-cü ilə qədər blokda yaşı 65-yuxarı olan
vətəndaşların sayı 22 faizdən 33 faizə yüksələcək.

