Zəngəzur dəhlizi Türkiyə, Ermənistan ilə Azərbaycan arasında barışıq layihəsidir – Ərdoğan

Baş səhifə

Bakı. Trend:

Zəngəzur dəhlizi Türkiyə, Ermənistan və Azərbaycan arasında bir
növ barışıq layihəsidir.

Trend xəbər verir
ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər
Kabinetinin iclasından sonra çıxışı zamanı deyib.

Ərdoğan qeyd edib ki, avqustun 22-də təməli qoyulan 224 km-lik
dəmir yolu xətti Türkiyə üçün qürur mənbəyidir. Bu dəhliz ildə 5,5
milyon sərnişin və 15 milyon ton yük daşıya biləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir