
Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin
birinci qrupu İrana qayıdıb və işə başlamağa hazırlaşır.
Trend-in
məlumatına görə, bu barədə beynəlxalq agentliyin rəhbəri Rafael
Qrossi “Fox News” telekanalına açıqlamasında bildirib.
“Biz İran hakimiyyəti ilə müzakirələr aparırıq. İndi AEBA
müfəttişlərinin birinci qrupu İrana qayıdıb və biz yoxlamaları
bərpa etməyə hazırlaşırıq”, – deyə o vurğulayıb.
Qrossi əlavə edib ki, hazırda AEBA-nın İranda fəaliyyətini bərpa
etmək üçün əməli tədbirlərlə bağlı müzakirələr aparılır.
Xatırladaq ki, ötən gün İran, Fransa, Almaniya, Böyük Britaniya
və Aİ nümayəndələri Cenevrədə İranın nüvə problemini müzakirə
ediblər. Daha sonra “Axios” jurnalisti Barak David “X” sosial
şəbəkəsində görüşün nəzərəçarpacaq irəliləyiş olmadan başa
çatdığını yazıb.