Çin bizim üçün prioritet bazarlar sırasındadır – Fuad Nağıyev

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin inkişafı
turizm sahəsində də özünü göstərir.

Trend xəbər
verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev
“China Ready”proqramının təqdimatı mərasimində çıxış edərkən
deyib.

O bildirib ki, Prezident İlham Əliyevin aprel ayında Çinə dövlət
səfəri, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması
turizm sahəsində də ikitərəfli əlaqələrin inkişafı üçün yeni
perspektivlər və yeni vəzifələr müəyyənləşdirdi.

“Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin inkişafı
turizm sahəsində də özünü göstərir.




Bu ilin aprelində Pekində imzalanan hər iki ölkə vətəndaşlarının
vizadan qarşılıqlı azad edilməsi haqqında saziş bu proseslərin ən
bariz nümunəsidir.

Əlbəttə, ölkələrimizin vətəndaşlarının vizasız gediş-gəlişinin
asanlaşması turist axınının artmasına birbaşa təsir edəcək.

Bu həm də turizm sahəsində işgüzar fəaliyyətin artmasına,
iqtisadi , humanitar və mədəni əlaqələrin də genişlənməsinə töhfə
verəcək.

Dövlət Turizm Agentliyinin yarandığı ilk illərdən Çin bizim üçün
prioritet bazarlar sırasında yer alıb”- deyə o əlavə edib.