
Bakı.Trend:
Qafqazda, eləcə də Mərkəzi və Qərbi Asiyada inflyasiya
əhəmiyyətli dərəcədə azalacaq, lakin yenə də yüksək səviyyədə
qalacaq. Proqnozlara görə, subregionda inflyasiya səviyyəsi 2025-ci
ildəki 25,6 faizdən 2026-cı ildə 20,6 faizə, 2027-ci ildə isə 16,3
faizə enəcək.
Trend bu barədə
Asiya İnkişaf Bankına (AİB) istinadən xəbər verir.
“Bu azalma başlıca olaraq Türkiyədəki vəziyyətlə bağlı olacaq.
Belə ki, sərt pul-kredit siyasəti və daxili enerji subsidiyalarının
islahatı nəticəsində inflyasiyanın 2025-ci ildəki 35,2 faizdən
2027-ci ildə 21,5 faizə qədər azalacağı gözlənilir. Qazaxıstan və
Özbəkistanda sərt və ya ehtiyatlı pul-kredit siyasətinin
inflyasiyanı nəzarətdə saxlamağa imkan verəcəyi proqnozlaşdırılır”,
– bankdan bildirilir.
Qeyd olunur ki, bu tendensiyalar Qırğızıstan və Tacikistanda
kommunal xidmət tariflərinin artırılması, həmçinin Türkmənistanda
valyuta məzənnəsinin dalğalanması və xarici qiymət təzyiqləri
səbəbindən qiymət artımının daha yüksək olması ilə qismən
kompensasiya ediləcək.
“Azərbaycanda inflyasiya 2026-cı ildə dünya bazarında
karbohidrogenlərin yüksək qiymətləri fonunda idxalın bahalaşması
səbəbindən artacaq, bundan sonra isə 2027-ci ildə onun yenidən
yavaşlaması gözlənilir”, – deyə AİB-in məlumatında bildirilir.
Qazaxıstan və Özbəkistanda sərt və ya ehtiyatlı pul-kredit
siyasətinin inflyasiyanı nəzarətdə saxlamağa imkan verəcəyi
gözlənilir”, – bank bildirilir.

