
Bakı.Trend:
Müşahidələr göstərir ki, toy karvanlarına qoşulan bəzi sürücülər
yol hərəkəti qaydalarını pozaraq ümumi hərəkət təhlükəsizliyinə
ciddi risklər yaradırlar.
Trend xəbər
verir ki, bu barədə BDYPİ-nin müraciətində bildirilib.
Bildirilib ki, sürət həddinin aşılması, təhlükəli manevrlərin
edilməsi, səs siqnallarından həddindən artıq istifadə,
avtoxuliqanlıq xarakterli davranışlar və digər hərəkət
iştirakçılarına maneələrin yaradılması bu qəbildəndir:
“Belə halların baş verməsi isə həm karvanda iştirak edənləri,
həm də digər hərəkət iştirakçılarını təhlükə altında qoyur.
Toy insan həyatının ən sevincli və unudulmaz günlərindən
biridir. Baş Dövlət Yol Polisi İdarəsi də bu münasibətlə bütün ailə
quranlarq xoşbəxtlik və rifah arzulayır”.
Qeyd edilib ki, toy karvanlarına qoşulan bəzi sürücülər yol
hərəkəti qaydalarını pozaraq ümumi hərəkət təhlükəsizliyinə ciddi
risklər yaradırlar:
“Sürət həddinin aşılması, təhlükəli manevrlərin edilməsi, səs
siqnallarından həddindən artıq istifadə, avtoxuliqanlıq xarakterli
davranışlar və digər hərəkət iştirakçılarına maneələrin yaradılması
bu qəbildəndir. Belə halların baş verməsi isə həm karvanda iştirak
edənləri, həm də digər hərəkət iştirakçılarını təhlükə altında
qoyur”
“Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, toy
karvanlarında:
– nəqliyyat vasitələrinin sayının məhdud saxlanılması,
– yalnız bir hərəkət zolağı üzrə hərəkət edilməsi,
– ara məsafəsinin gözlənilməsi,
– optimal sürət rejiminin seçilməsi,
– içkili halda sükan arxasına keçilməməsi
toyun xoşbəxt sonluğu üçün vacib şərtlərdir.
Unutmaq olmaz ki, sevincli günün acı xatirəyə çevrilməməsi üçün
hər bir sürücü məsuliyyətli davranmalı və yol hərəkəti qaydalarına
ciddi riayət etməlidir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət
iştirakçılarını diqqətli olmağa və qaydalara əməl etməyə
çağırır”-məlumatda deyilir.