Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi

Baş səhifə

Bakı.Trend:

Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb
olmaqda ittiham edilən həkim Ülviyyə İlyasovanın barəsində olan
qərarla bağlı növbəti məhkəmə prosesi keçirilib.

Trend xəbər verir
ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul
edilib.

Qərara əsasən, təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm
dəyişdirilib və 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası
verilib.

Ona Amnistiya aktı şamil edilib. Cəzası 6 ay azaldılıb.




Bildirək ki, ötən prosesdə Ülviyyə İlyasovanın barəsində
seçilmiş polis nəzarətində olma qətimkan tədbirinin həbs qətimkan
tədbiri ilə əvəzlənilməsi ilə bağlı qərar çıxarılıb. Ülviyyə
İlyasova məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü
Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə
cinayət işi başlanıb. Müəyyən olunub ki, “AzE Estetik Mərkəz”
MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı
Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib, daha
sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.

Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını
itirib.

Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və
314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan
səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Barəsində polis
nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir