
Bakı. Trend:
Bank sektorunun xarici öhdəlikləri bu ilin əvvəlinə nəzərən
154.8 milyon manat artaraq 2,740 milyard manat təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər
verir.
Məlumata görə, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik
əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin
həcmindəki artım ilə əlaqədardır.
Bundan başqa, cari ilin iyul ayında manatla geniş mənada pul
kütləsi (M2) keçən ilin müvaviq dövrünə nəzərən 3.4% artaraq 36,662
milyard manat təşkil edib.