
Bakı. Trend:
Türkiyə millisinin futbolçusu Merih Demiralın çıxış etdiyi
Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandası Asiya Çempionlar
Liqasının qalibi olub.
Trend-in
məlumatına görə, finalda Yaponiya təmsilçisi “Maçida”ya qalib gələn
kollektiv (1:0) kuboku qazanıb.
Qeyd edək ki, M. Demiral ardıcıl ikinci dəfə bu titulu qazanan
ilk türk futbolçudur.

