
Bakı. Trend:
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
paytaxtı Londonda sentyabrın 6-da “Palestine Action” qrupunun
qadağan edilməsinə qarşı keçirilən etiraz aksiyasında
saxlanılanların sayı 890 nəfərə yüksəlib.
Trend BBC-yə
istinadla xəbər verir ki, Metropoliten Polisinin açıqlamasına görə,
saxlanılanlardan 857 nəfər terrorçuluq haqqında qanuna əsasən
qadağan olunmuş təşkilatı dəstəklədiklərinə görə, 33 nəfər isə
digər səbəblərə, o cümlədən 17 nəfər polisə hücum ittihamı ilə həbs
olunub.
Təşkilatçılar isə polisin zorakılıq barədə iddialarını rədd
ediblər.
Xatırladaq ki, Britaniya hökuməti “Palestine Action” təşkilatını
iyul ayında antiterror qanunvericiliyi çərçivəsində qadağan edib.
Qrupa üzv olmaq və ya ona dəstək göstərmək cinayət sayılır və 14
ilədək həbs cəzası nəzərdə tutulur. Qadağa qərarı təşkilat
üzvlərinin ilin əvvəlində RAF hərbi bazasına daxil olaraq iki hərbi
təyyarəyə ziyan vurmasından sonra qəbul olunub.