
Bakı. Trend:
Nyu-York Ticarət Birjasının bir bölməsi olan “Comex” birjasında
2026-cı ilin may ayında çatdırılma üçün gümüş fyuçerslərinin
qiyməti 18 martdan bəri ilk dəfə olaraq 1 troya unsiyası üçün 80
dolları keçib.
Trend-in
məlumatına görə, bu barədə ticarət platformasından bildiriblər.
Məlumata əsasən, gümüşün qiyməti 0,77 faiz artaraq 1 troya
unsiyası üçün 80,145 dollara çatıb. Saat 04:15 üçün gümüş artımını
sürətləndirib və troy unsiyası üçün 80,315 dollardan (+0,98%)
satılıb.

