Tikinti sahəsi üzrə biznes kredit portfeli 7%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Azərbaycan banklarının tikinti sahəsinə
verilmiş biznes kredit portfeli 1,475 milyard manat təşkil
edib.

Trend bu
barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 68,6 milyon
manat və ya 4,4% az, ötən ilin eyni dövrü ilə nisbətdə isə 92,1
milyon manat 6,7% artıb.




Belə ki, tikinti sektoru üzrə banklar tərəfindən verilmiş biznes
kreditlərin məbləği 2025-ci ilin iyulun 1-nə 1,543 milyard manat,
ötən ilin avqustun 1-nə isə 1,382 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, cari ilin avqust ayının 1-nə Azərbaycanda
bankların kredit portfeli 0,1% və ya 26 milyon manat artaraq 28,498
milyard manat olub. Kredit portfelinin 15,056 milyard manatı biznes
kreditləri, 9,002 milyard manatı istehlak kreditləri, 4,440 milyard
manatı isə ipoteka kreditləri təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir