
Bakı. Trend:
Qədim İpək Yolu boyunca əsas mərkəz olan Azərbaycan “Bir
kəmər,bir yol” təşəbbüsünün sadiq dəstəkçisi və fəal
iştirakçısıdır.
Trend xəbər
verir ki, bunu Çinin Çjetszyan Əyalət Xalq Hökumətinin
vitse-qubernatoru və Partiya Qrupunun üzvü Ke Jixin Avropa Dəmiryol
Ekspres marşrutunun 5 illiyi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat
Marşrutundan keçən 237-ci qatarın (Yivu – Bakı) qarşılanma
mərasimində deyib.
O bildirib ki, qədim dövrlərdən bu günə qədər Bakı Limanının
ticarət gəmiləri, İpək Yolunun dəvə zəngləri Çin və Azərbaycan
xalqları arasında qarşılıqlı mübadilə və öyrənmə nəticəsində
yaranan dərin dostluğun şahidi olublar: “Bir kəmər, bir yol”
təşəbbüsünün və Azərbaycanın İpək Yolunun dirçəlişi strategiyasının
dərindən inteqrasiyası ilə Azərbaycanın Avrasiya qitəsi ilə
birləşdirən yol kəsişməsi kimi yerləşmə üstünlükləri getdikcə daha
qabarıq görünür.
Çin-Avropa Dəmiryolu Ekspresi “Bir kəmər, bir yol” təşəbbüsünün
birgə tikintisində əlamətdar nailiyyətidir. Son 10 ildə Çjetszyan
əyaləti ona böyük əhəmiyyət verib və fəal şəkildə təbliğ edib. Biz
Avropa, Mərkəzi Asiya və digər istiqamətlərə 24 müntəzəm marşut
açmışıq. Ümumilikdə bu marşrutlar üzrə 14 mindən çox qatar hərəkət
edir.
Daşınan malların kateqoriyaları Avrasiya qitəsinin 50-dən çox
ölkəsini, 160 şəhərini birləşdirən orjinal elektron məhsullar,
mexaniki hissələrdən tutmuş yeni enerji avadanlığı, kənd
təsərrüfatı məhsulları və transsərhəd elektron ticarət məhsulları
da daxil olmaqla 26 əsas kateqoriyada 50 mindən çox məhsula qədər
genişlənmişdir”.
Vitse-qubernator vurğulayıb ki, Azərbaycan Trans-Xəzər
Beynəlxalq marşrutunun əsas qovşağıdır: “Çin-Avropa yük
qatarlarının səmərəliliyinin artırılması, yüklərin alınmasının
təşkili və bazarların inkişafı sahəsində dərin əməkdaşlıq və birgə
inkişaf yolu ilə bu, bizi Avropa bazarına bağlayan və beynəlxalq
ticarət yollarının inkişafına güclü dəstək verən əvəzsiz körpüyə
çevrildi.
Biz daha səmərəli kanal şəbəkəsi quracağıq. Bu tədbirdən ümid
edirik ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inşasında
Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirək, Çin–Avropa yük
qatarının infrastruktur və nəqliyyat təşkilini, həmçinin sənaye
əməkdaşlığını optimallaşdıraq, dəniz, quru və hava nəqliyyatı ilə
hərtərəfli əlaqəni təşviq edək və səmərəli, rəvan beynəlxalq
logistikanın birgə təşkili üçün bu fürsətdən istifadə edək”.
“Biz birlikdə daha firavan ticarət ekosistemini inkişaf
etdirəcəyik. Azərbaycan enerji və kənd təsərrüfatı məhsullarının
əsas ixracatçısıdır. Çjetszyan isə rəqəmsal iqtisadiyyat, avadalıq
istehsalı, transsərhəd elektron ticarətdə əhəmiyyətli üstünlüklərə
malikdir. Hər iki tərəfin bazar tələbləri bir-birini tamamlayır.
Biz qatar xidməti ilə ticarət mübadiləsini daha da dərinləşdirmək,
sənaye sərmayələrini təşviq etmək və birgə yeni iqtisadi artım
sürücülərini yaratamaq üçün bir vasitə kimi istifadə etməyi
səbrsizliklə gözləyirik”, – deyə Ke Jixin qeyd edib.