Azərbaycanlı güləşçi Avropa çempionu olub

Baş səhifə

Bakı. Trend:

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa
çempionatı sona yaxınlaşır.

Trend-in
Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə,
yarışın altıncı günündə 2 sərbəst güləşçimiz fəxri kürsüyə
qalxıb.

İslam Bazarqanov (57 kq) finalda rusiyalı Musa Mextixanovla
qarşılaşıb. Təmsilçimiz ötən il dünya çempionatındakı məğlubiyyətin
revanşını alıb. Görüşə yaxşı başlayan Bazarqanov ilk hissəni 8:0
hesablı üstünlüklə başa vurub. İkinci hissədə rəqib fərqi azaltsa
da, yekunda qələbə qazanan İslam olub – 8:6. Beləliklə, Tiranada
himnimizi səsləndirən İslam ilk dəfə böyüklər arasında Avropa
çempionu olub.




Cəbrayıl Hacıyev (79 kq) də karyerasının ən böyük uğuruna imza
atıb. Şimali Makedoniyanı təmsil edən Rasul Şapiyevə şans tanımayan
(8:0) Cəbrayıl Avropa çempionatının bürünc medalını boynundan
asıb.

Rəşid Babazadə təsəlliverici görüşdə belçikalı Ayub Musayevi 4:2
hesabıyla üstələsə də, bürünc medal görüşündə ermənistanlı Avropa
çempionu Vazgen Tevanyana 0:7 hesabıyla məğlub olub və debüt etdiyi
yarışı 5-ci pillədə başa vurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir