Orban deputat mandatından imtina etdi

Baş səhifə

Macarıstanın Baş naziri Viktor Orbán “FİDES – Macarıstan Vətəndaş İttifaqı” koalisiyasının rəhbəri olaraq qalmaqla parlamentdəki deputat mandatından imtina etməyə qərar verib.

Modern.az-ın Macarıstan KİV-lərinə istinadən yaydığı məlumata görə, bu barədə Orban videomüraciətində açıqlama verib.

O bildirib ki, koalisiya siyahısında birinci sıradan qazandığı mandat faktiki olaraq FİDES-ə məxsusdur: “Bu səbəbdən həmin mandatdan imtina etməyi məqsədəuyğun hesab etdim. Hazırda mənim yerim parlamentdə deyil, milli partiya hərəkatının yenidən qurulması prosesindədir”.

Orban əlavə edib ki, FİDES rəhbərliyi ona partiya sədri kimi fəaliyyətini davam etdirməyi təklif edib və iyun ayında ümummilli qurultayın keçirilməsi planlaşdırılır: “Qurultay mənə etimad göstərərsə, bu məsuliyyəti daşımağa hazıram”.

Qeyd edək ki, aprelin 12-də baş tutan parlament seçkilərinin nəticələrinə əsasən, müxalif Tisa Party parlamentdəki 199 yerdən 141-ni qazanıb. Hakim Fidesz isə seçkilərdə məğlub olaraq 52 mandat əldə edib.
Seçkilərdə qalib gələn Tisa Partiyasının lideri Péter Magyar mayın 9-da rəsmi şəkildə Macarıstanın Baş naziri vəzifəsinin icrasına başlayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir