Su ehtiyatlarının səmərəli idarə olunması qlobal əhəmiyyət kəsb edən bir məsələdir – Sədr müavini

Baş səhifə

Bakı. Trend:

Su ehtiyatlarının səmərəli idarə olunması artıq yalnız bir
ölkənin daxili məsələsi deyil, bu, qlobal əhəmiyyət kəsb edən bir
məsələdir.

Trend xəbər
verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin
birinci müavini Xəyyam Məmmədov bu gün Bakıda keçirilən 2-ci
Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının – “Baku Water
Week”in (Bakı Su Həftəsi) ikinci gününün açılış mərasimində
deyib.




O bildirib ki, Azərbaycan Respublikasında su resurslarının
qorunması, su ehtiyatlarının səmərəli istifadə olunması dövlət
siyasətinin əsas istiqamətlərindən və əsas prioritetlərindən
biridir: “Bu gün iqlim dəyişikliyi, su qıtlığı kimi çağırışlar bir
ölkənin daxili imkanları hesabına həll olunan məsələ deyil. Buna
görə də beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və bunun əsasında
yeni təşəbbüslərin irəli sürülməsi bizim üçün xüsusi önəm daşıyır.
Bu konfrans da bu baxımdan olduqca vacib rol oynayır”.

“İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr, yeni
ideyalar nəticəsində yeni tərəfdaşlıqların formalaşmasına nail
olacağıq”, – deyə sədrin birinci müavini qeyd edib.