
Bakı.Trend:
Fransa prezidenti Emmanuel Makron 4-5 may tarixlərində
keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək
məqsədilə Ermənistana səfər edəcək.
Trend bu barədə
Ermənistan mediasına istinadən xəbər verir.
Makronun qarşıdakı Yerevan səfəri Ermənistan baş nazirinin
müavini Tiqran Xaçatryanın Fransanın Ermənistandakı fövqəladə və
səlahiyyətli səfiri ilə görüşü zamanı müzakirə olunub.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, səfər
ərəfəsində ikitərəfli münasibətlərin gündəliyinə daxil olan bir
sıra məsələlər ətraflı müzakirə olunub. Hər iki tərəf məsələlərin
səmərəli həlli və ikitərəfli münasibətlərin mərhələli şəkildə
genişləndirilməsi üçün qurulmuş konstruktiv əməkdaşlığın
vacibliyini vurğulayıb.
Qeyd edək ki, Makron Ermənistana buna qədər bir dəfə (2018-ci
ilin oktyabrında, Frankofoniya sammitində iştirak etmək üçün) səfər
edib.

