Əmək və Sosial Münasibətlər Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

15 Sentyabr – Bilik Günü ilə əlaqədar Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər
Akademiyasında (AƏSMA) tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin
səsləndirilməsi ilə başlanılıb. Akademiyanın rektor vəzifəsini icra
edən Yusif Ağayev yeni dərs ilinin başlanması münasibətilə
professor-müəllim heyətini və tələbələri təbrik edib, onlara tədris
və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin
müşaviri Nigar Vahabzadə çıxışında Konfederasiyanın elm və təhsil,
eləcə də gənclərlə iş sahəsinə göstərdiyi diqqət və qayğını
vurğulayıb. O, Akademiyada yaradılmış müasir tədris mühitinin və
tələbələr üçün imkanların onların gələcək peşəkar inkişafına önəmli
töhfə verəcəyini qeyd edib.




Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin
(ETİHİ RK) sədri Araz Paşayev isə AƏSMA və ETİHİ RK arasında mövcud
əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən danışıb.

Araz Paşayev bir neçə məzununun ETİHİ RK-da çalışmasından
məmnunluqla bəhs edib, bu əməkdaşlığın gələcəkdə daha da
genişlənəcəyini bildirib.

Tədbirdə çıxış edən valideynlər və tələbələr Akademiya, həmçinin
yeni tədris ili ilə bağlı arzu və istəklərini ifadə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir