
Bakı. Trend:
“Mançester Yunayted”in qapıçısı Altay Bayındır Super Liqaya
qayıtmağa hazırlaşır.
Trend xəbər verir ki, “Beşiktaş” türkiyəli qolkiperi transfer etmək istəyir. Bu barədə “Fanatik” nəşri məlumat yayıb.
İstanbul nəhəngi Altayla şəxsi müqavilənin şərtlərini
razılaşdırıb. “Qara qartallar” 28 yaşlı “əlcək sahibi” üçün
İngiltərə klubu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, “Mançester Yunayted” Altay Bayındırı 2023-cü ilin
yayında “Fənərbaxça”dan transfer edib. Türkiyə millisinin üzvü bu
mövsüm “qırmızı şeytanlar”ın heyətində meydana çıxdığı 6 oyunda
qapısında 11 qol görüb.

