
Ermənistanın Baş naziri Nikol PaşinyanABŞ prezidenti Donald Trampın dünənki paylaşımından sonra Azərbaycanla sülh razılaşmalarına toxunub.
Modern.az xəbər verir ki, Paşinyan X sosial şəbəkəsində yazıb:
“Prezidentə bir daha təşəkkür edirəm – Azərbaycanla bu tarixi razılaşmaya vasitəçilik etdiyinə görə – bu, əvvəllər heç kimin nail olmadığı bir şeydir.
Sülhün daha da institusionallaşdırılması və TRIPP-in həyata keçirilməsi üzərində işləmək öhdəliyimi bir daha təsdiqləyirəm”.