Sabirabadda əməliyyat: 3 nəfər saxlanıldı (FOTO)

Baş səhifə

Bakı.Trend:

Sabirabadda 5 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.

Bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli
bilinən Anar Rəhimov, Cəlal Cavadov və Ümüd Qənbərov saxlanılıblar.
Onlardan 5 kiloqramdan artıq narkotik vasitə həşiş, tiryək, heroin
və psixotrop maddə metamfetamin aşkarlanıb.




Saxlanılan şəxslər ifadələrində narkotikləri müxtəlif ünvanlara
çatdırmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam
etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir