KazMunayQaz Bakı-Tbilisi-Ceyhan marşrutu ilə neft ixracını bərpa edib

Baş səhifə

Astana. Trend:

Qazaxıstanın “KazMunayQaz” milli şirkəti Bakı-Tbilisi-Ceyhan
(BTC) boru kəməri sistemi ilə neft ixracını bərpa edib.

Trend xəbər verir
ki, bu barədə şikərtin mətbuat xidməti məlumat yayıb.

“Sentybarın 13-də Aktau limanından Bakı-Tbilisi-Ceyhan
istiqamətində 8,8 min ton Kaşaqan nefti yüklənərək göndərilib,
növbəti yüklənmə sentyabrın 20-ə planlaşdırılır”, – məlumatda qeyd
olunur.

Xatırladaq ki, cari ilin avqust ayında bu marşrutla nəql
dayandırılmışdı.




2025-ci ilin 8 ayı ərzində BTC istiqamətinə nəql olunan
Qazaxıstan neftinin həcmi 0,9 milyon ton təşkil edib.

2022-ci ildə KMG ilə Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR
arasında Qazaxıstan neftinin tranziti barədə saziş imzalanıb.

2024-cü ildə isə KMG və SOCAR Azərbaycan Respublikası
ərazisindən keçməklə neft tranzitinin mərhələli şəkildə artırılması
barədə razılığa gəliblər.